Moskvada azərbaycanlı rəssamın “Nar haqqında saqa” adlı sərgisi açılıb

Moskvada azərbaycanlı rəssamın “Nar haqqında saqa” adlı sərgisi açılıb Moskvada Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar haqqında saqa” adlı sərgisinin açılışı olub.
İncəsənət
7 Dekabr , 2022 11:28
Moskvada azərbaycanlı rəssamın “Nar haqqında saqa” adlı sərgisi açılıb

Moskvada Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar haqqında saqa” adlı sərgisinin açılışı olub.

“Report”un Rusiya bürosunun məlumatına görə, sərginin təşkilatçısı S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (VGİK) olub.

Sərgidə milli koloritli natürmortlar, portretlər və Moskva ətrafında çəkilmiş mənzərə təsvirləri nümayiş etdirilir.

Ə.Məmmədov bu sərginin təşkili ideyasından söz açaraq deyib: "Gözəlliyi, sevgini və həyatı təcəssüm etdirən nar bir çox ölkələrdə Azərbaycanın simvolu kimi tanınır. Sərginin VGİK-də təşkil edilməsi təsadüfi deyil. Çünki mən burada təhsil almışam, buranı öz evim hesab edirəm və bütün gəncliyim bura ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi