Moskvada azərbaycanlı rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb

Moskvada azərbaycanlı rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılıb
İncəsənət
8 Dekabr , 2021 16:08
Moskvada azərbaycanlı rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, sərgidə rəssamın 20 əsəri nümayiş olunur.

Sərginin açılışında çıxış edən “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova əsərlərdə rəssamın emosiyalarının və düşüncələrinin əks olunduğunu bildirib. Nəzərə çatdırılıb ki, Nigar Süleyman Azərbaycanda doğulub, boya-başa çatıb və onun əsərlərindəki Şərq motivləri ilə abstraksionizmin birləşməsi də elə buradan qaynaqlanır.

Rəhbərlik etdiyi pavilyonda Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinin ön plana çəkildiyini vurğulayan Səadət Kadırova, həmçinin qeyd edib ki, bu sərgi müasir Azərbaycan incəsənətinin daha bir töhfədir.

Açılış nitqində Nigar Süleyman yaradıcılığına göstərdikləri diqqətə görə sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nigar Süleyman əsərlərini yağlı boya ilə geometrik abstraksiya və simvolizm üslubunda yaradır. Onun əsərləri Moskvanın “Qostinı Dvor” Sərgi Kompleksindəki “Art Russia 2020” müasir incəsənət yarmarkasında və “Golden Talent” onlayn platformasında təqdim olunub, əl işlərinin bəziləri Rusiya və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Rəssam əsərlərini həndəsi abstraksiya və simvolizm üslubunda yerinə yetirir. Tablolar sənətkarın emosiyalarını və daxili duyğularını əks etdirir.

Sərgi dekabrın 19-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi