Moskva Akademik Satira Teatrının ilin sonuna qədər​ Bakıya qastrolu baş tutacaq

Moskva Akademik Satira Teatrının ilin sonuna qədər​ Bakıya qastrolu baş tutacaq Teatrın direktoru: "Bakıda tamaşaçılar yüksək mədəniyyət səviyyəsinə malikdir, buna dövlətin qayğısı da səbəb olur"
İncəsənət
23 İyul , 2016 10:47
Moskva Akademik Satira Teatrının ilin sonuna qədər​ Bakıya qastrolu baş tutacaq

Moskva. 23 iyul. REPORT.AZ/ Moskva Akademik Satira Teatrı yeni teatr mövsümündə Bakıya qastrola gəlməyi planlaşdırır. 

Bu barədə "Report"a müsahibəsində teatrın direktoru Məmməd Ağayev bildirib. 

"Yaxın zamanda bütün təfərrüatlar razılaşdırılacaq və ilin sonunda Bakıl tamaşaçıların qarşısına çıxacağıq", - M.Ağayev qeyd edib. 

Onun sözlərinə görə, teatrın aktyorları çoxdan Bakıya səfər etmək istəyir və hazırda qastrolla bağlı təşkilatçılarla danışıqlar aparılır. 

M.Ağayev vurğulayıb ki, Bakıda tamaşaçılar yüksək mədəniyyət səviyyəsinə malikdir, buna dövlətin qayğısı da səbəb olur. Bütün teatrlar təmir olunub. Orada çıxış etmək aktyorlara zövq verir."

Gələcək qastrolların repertuarından danışan M.Ağayev bildirib ki, onun rəhbərlik etdiyi teatrın repertuarı kifayət qədər tarazlanıb, yeni tamaşalara gəldikdə isə, teatr "əminliklə gələcəyə baxır". 

"Hər mövsüm biz 3-5 yeni tamaşa hazırlayırıq. Hazırda teatr məzuniyyəti dövründə aktyorlar yeni tamaşa Şekspirin "12-ci gecə"sini məşq edir. Beş il əvvəl mən yeni rejissorların olmadığını bəyan edirdimsə, indi görürəm ki, kifayət qədər istedadlı gənc rejissorlar yetişib", - direktor söyləyib. 

Son xəbərlər

Orphus sistemi