Morqan Frimen cinsi zorakılıqda ittiham olunur

Morqan Frimen cinsi zorakılıqda ittiham olunur Səkkiz qadın aktyoru zorakılıq və ya yolverilməz hərəkətlərdə təqsirləndirib
İncəsənət
24 May , 2018 22:15
Morqan Frimen cinsi zorakılıqda ittiham olunur

Bakı. 24 may. REPORT.AZ/ Səksən yaşlı Hollivud aktyoru Morqan Frimen bir neçə qadın tərəfindən cinsi zorakılıqda və yolverilməz hərəkətlərdə ittiham olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalist araşdırmasının nəticələrinə əsasən CNN teleşirkəti məlumat yayıb.

Araşdırmaya görə, qadınlardan biri "Yaxşı getmək" (2016) komediyasının çəkilişləri zamanı bir neçə ay ərzində hər gün aktyorun zorakı hərəkətlərinə məruz qalıb. Qadının sözlərinə görə, Frimen daim ona əl qaldırıb, geyim və bədən quruluşu barədə təhqiredici ifadələr işlədib.

Daha iki qadın "Aldanma illüziyası" (2013) filminin çəkilişləri zamanı yaradıcı heyətin tərkibində "Oskar" mükafatçısının təhqirlərinə məruz qalıb. Qadınlar Firmeni açıq seksual tərkibli zəhlə tökən iradlar bildirməkdə günahlandırırlar və bunu zorakılıq kimi qəbul edirlər.

Araşdırma zamanı CNN 16 qadınla söhbətləşib və onlardan 8-i özünü aktyor tərəfindən ya cinsi zorakılığın, ya da yolverilməz hərəkətlərin qurbanı hesab edib.

Son xəbərlər

Orphus sistemi