"Mona Liza" şəklinin altında gizli portret aşkarlanıb

"Mona Liza" şəklinin altında gizli portret aşkarlanıb Fransız alimi Paskal Kott məlumatların təhlilinə 10 ildən artıq vaxt sərf edib
İncəsənət
6003
8 Dekabr , 2015 12:56
Mona Liza şəklinin altında gizli portret aşkarlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Leonardo da Vinçinin ən məşhur rəsm əsəri olan "Mona Liza" ("Cakonda") şəklinin altında gizli portret aşkarlanıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu fransız alim Paskal Kott aşkarlayıb.

P.Kott şəklin tədqiq edilməsi üçün unikal fotokameradan istifadə edib. Özü də alim məlumatların təhlilinə 10 ildən artıq vaxt sərf edib.

Alim tərəfindən edilən "yenidənqurma" yeni bir portret yaradıb: həmin portretdə model yana baxır, "Luvr" muzeyində saxlanılan məşhur şəkildəki kimi sirli düz baxışlar yoxdur. Üstəlik, gizli portretdə 500 ildən çoxdu sənətsevərlərin marağına səbəb olmuş sirli təbəssüm də yoxdur.

Amma P.Kottun gəldiyi nəticələrlə heç də bütün alimlər razı deyil. "Luvr" isə bu bəyanata şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi