Misirdə Ramzesin heykəli tapılıb - VİDEO

Misirdə Ramzesin heykəli tapılıb - VİDEO Kvarts daşından yonulan heykəlin uzunluğu 8 metrdir
İncəsənət
147
10 Mart , 2017 12:45
Misirdə Ramzesin heykəli tapılıb - VİDEO
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin şərqində keçmiş Evin şəhərində, Ayn Əş-Şəms bölgəsində aparılan arxeoloji qazıntılar zamanı II Ramzesin bütünün yanında eramızdan əvvəl 1292-1190-cı illərə aid edilən iki kral heykəli aşkarlanıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Misirin tarixi əsərlər naziri Mahmud Afifi bildirib.

Onun sözlərinə görə, kvarts daşından yonulan heykəlin uzunluğu 8 metrdir. 

Məlumata görə, heykəl həmin dövrdə Misiri idarə etmiş sülalənin 19-cu nəslinə aiddir.

Alimlər ehtimal edirlər ki, bu, 3 min il əvvəl Misiri idarə etmiş firon II Ramzesin heykəlidir.

Xəbərdə bildirilib ki, arxeoloji işləri Almaniya və Misir alimlərindən ibarət elmi ekspedisiya aparır.

Son xəbərlər

Orphus sistemi