Mirzə Fətəli Axundzadənin məzarı önündə xatirə mərasimi keçirilib

Mirzə Fətəli Axundzadənin məzarı önündə xatirə mərasimi keçirilib Bir qrup azərbaycanlı və gürcü ziyalı böyük ədibin xatirəsinə ehtiramını bildirib
İncəsənət
1 İyul , 2015 17:19
Mirzə Fətəli Axundzadənin məzarı önündə xatirə mərasimi keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Tbilisidə görkəmli ədib, mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin anım günü keçirilib.

"Report" xəbər verir ki, bir qrup azərbaycanlı və gürcü alim, yazıçı və şair Tbilisidəki Botanika bağına gələrək böyük ədibin məzarı önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Gürcüstan İctimai Televiziyasının əməkdaşı Mirzə Məmmədoğlu, yazıçı-jurnalist Nizami Məmmədzadə, tərcüməçi-şair Allahverdi Təkləli və başqaları çıxış edib mütəfəkkir ədiblə bağlı fikirlərini bölüşüb.
M.F.Axundzadə yaradıcılığa şeirlə başlasa da, 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan milli dramaturgiyasının təməlini qoyub. 1868-ci ildə Tbilisidə çap olunmuş ilk əlifba kitabının müəllifi də Mirzə Fətəli Axundzadə olub.

Mətbuata geniş maraq göstərən M.F.Axundzadə "Əkinçi" qəzetində "Vəkili-milləti-naməlum" təxəllüsü ilə çıxış edib və bir sıra maarifləndirici məqalələr yazıb.
Qeyd edək ki, çıxış edənlər M.F.Axundzadə mükafatının təsis olunması, bununla bağlı məqalə, araşdırma və tərcümə müsabiqələrinin keçirilməsi barədə təkliflər səsləndiriblər.

Təkliflər müsbət qarşılanıb və mükafatın təsis olunması dəstəklənib.

Son xəbərlər

Orphus sistemi