Milli Kitabxanada Əli Səmədli və Oqtay Salamzadəyə həsr edilən sərgi açılıb

Milli Kitabxanada Əli Səmədli və Oqtay Salamzadəyə həsr edilən sərgi açılıb Hər iki sərgi yazıçıların yubileyi münasibətilə keçirilir
İncəsənət
2181
2 Sentyabr , 2015 10:39
Milli Kitabxanada Əli Səmədli və Oqtay Salamzadəyə həsr edilən sərgi açılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxanada nasir, dramaturq, şair-publisist Əli Səmədli və dramaturq, ilahiyyatçı-publisist Oqtay Salamzadəyə həsr olunan sərgi açılıb. 

Milli Kitabxanadan "Report"a verilən məlumata görə, “Əli Səmədli-85” və “Oqtay Salamzadə-85” adlı kitab sərgiləri yazıçıların 85 illik yubileylərinə həsr olunub. 

Hər iki sərgidə yazıçıların həyat və yaradıcılığını özündə əks etdirən kitablar nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi