“Milli Kino Mükafatı” qaliblərinin adı açıqlanıb

“Milli Kino Mükafatı” qaliblərinin adı açıqlanıb Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” qaliblərinin adını açıqlayıb.
İncəsənət
26 İyul , 2019 13:12
“Milli Kino Mükafatı” qaliblərinin adı açıqlanıb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” qaliblərinin adını açıqlayıb.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi