Bakı. 4 dekabr. REPORT.AZ/ “Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, flaşmob dekabrın 4-də “Metro Park” alış-veriş və ticarət mərkəzində olacaq. Tədbirin təşkilatçısı nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir.
Aksiya zamanı müxtəlif rəqs kollektivləri “Yallı” və “Köçəri” rəqslərini ifa edəcək.
Tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumat əks olunan broşürlər paylanacaq.
Qeyd edək ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.