Məşhur "Yalla" qrupunun solisti əməliyyat olunub

Məşhur "Yalla" qrupunun solisti əməliyyat olunub Müğənni hazırda müalicə olunur
İncəsənət
18 Noyabr , 2016 03:20
Məşhur Yalla qrupunun solisti  əməliyyat olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın məşhur "Yalla" qrupunun solisti Fərrux Zakirov ağır cərrahiyyə əməliyyatı keçirib.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, müğənni hazırda müalicə olunur.

İnformasiyaya əsasən, bir neçə il əvvəl həkimlər onun öd kisəsində daş aşkar edib. Ötən gün həmin daş cərrahiyyə əməliyyatı yolu ilə çıxarılıb.

Məlumata görə, Özbəkistanın xalq artisti Fərrux Zakirovun 70 yaşı tamam olub. "Yalla" qrupu isə 1972-ci ildə yaradılıb.

Onu da xatırladaq ki, Fərrux Zakirov Özbəkistan və keçmiş SSRİ estradasının tanınmış müğənnisi, bəstəkarı və aktyorudur. O, "Yalla" qrupunun yaradıcısıdır. Fərrux Zakirov 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın Mədəniyyət naziri işləyib. 

Son xəbərlər

Orphus sistemi