Məşhur rejissorun səhhətilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Məşhur rejissorun səhhətilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib Eldar Ryazanovun ailə üzvləri yazılan xəbərləri təkzib edib
İncəsənət
4 Avqust , 2015 11:41
Məşhur rejissorun səhhətilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Bakı. 4 avqust. REPORT.AZ/ Görkəmli rus kinorejissoru, SSRİ xalq artisti Eldar Ryazanovun sağlıq durumu normaldır.

"Report" xəbər verir ki, rejissorun ailə üzvləri Eldar Ryazanovun vəziyyətinin qəfil pisləşməsi barədə yayılan xəbərləri təkzib edib.

Onlar bildirib ki, hazırda Moskvadakı xəstəxanalardan birində müayinə edilən rejissorun vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, 87 yaşlı kinorejissor 2014-cü il noyabrın sonunda xəstəxanada müalicə edilib. Bir neçə ay reanimasiyada qalan Eldar Ryazanov möcüzə nəticəsində həyata qayıdıb.

Eldar Ryazanov 30-dan çox bədii filmin müəllifidir. Rejissorun ən məhşur filmləri, "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən özünü qoru", "İşdə məhəbbət macərası", "Qaraj", "İki nəfər üçün vağzal", "Qəribə təsadüf, və ya həmişə təmizlikdə" və s.dir.

Son xəbərlər

Orphus sistemi