Məşhur fransalı aktrisa vəfat edib

Məşhur fransalı aktrisa vəfat edib Klodi Jansak yuxuda ikən dünyasını dəyişib
İncəsənət
27 dekabr 2016 20:03
Məşhur fransalı aktrisa vəfat edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Fransa kinosunun məşhur komediya aktrisası, Lui de Fünes ilə (1914-1983) birgə işi ilə tanınan Klodi Jansak 89 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzetinin elektron versiyası məlumat yayıb.

Oğlu Frederik Şemenin bildirdiyinə görə, anası yuxuda ikən vəfat edib.

Jansak 100-dən çox filmə çəkilib. Aktrisa 10 ekran əsərində Lui de Fünesin yaratdığı personajların həyat yoldaşı obrazını canlandırıb. Onların arasında "Böyük tətil" (1966), "Oskar" (1967), "Jandarm evlənir" (1968), "Dondurulmuş" (1969), "Jandarm gəzintidə" (1970 ), "Xəsis" (1980), "Jandarm və ətəkli jandarmlar" (1982) filmlərini qeyd etmək olar.

Son xəbərlər

Orphus sistemi