“Elektronikanın macəraları” filminin aktyoru müəmmalı şəkildə vəfat edib

“Elektronikanın macəraları” filminin aktyoru müəmmalı şəkildə vəfat edib Ukraynanın məşhur aktyoru Aleksandr Kazimirov dünyasını dəyişib
İncəsənət
2226
19 Mart , 2021 04:07
“Elektronikanın macəraları” filminin aktyoru müəmmalı şəkildə vəfat edib
Aleksandr Kazimirov

Ukraynanın məşhur aktyoru Aleksandr Kazimirov dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə onun həmkarı Yuri Yuşenko feysbukdakı səhifəsində bildirib.

Qeyd edilir ki, o, 77 yaşında Odessada vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmır.

Kazimirov 1944-cü ildə Odessada doğulub. 1966-cı ildə Odessakı bədii-teatr məktəbini qurtarıb, İvanov adına Odessa rus dram teatrında işləyib.

Aktyor karyerası ərzində 30-dan çox film və serialda çəkilib. Bu ekran əsərləri arasında məşhur "Elektronikanın macəraları", "Zərərsizləşdirmə", "Kapitan Qrantın izi ilə" və başqa filmlər də var.

Son xəbərlər

Orphus sistemi