Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilib

Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilib Tədbir Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilib
İncəsənət
24 Noyabr , 2014 17:30
Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilib
Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi Azərbaycan Teatr Xadimləri İttifaqında qeyd olunub.

"Report" xəbər verir ki, ittifaqın inzibati binasında keçirilən yubiley tədbirində M.Dadaşovun obrazlar qalereyası vərəqlənib. 

Tədbirdə rejissor Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, teatrşünas Məryəm Əlizadə, xalq artisti Rafiq Əzimov, Hacı İsmayılov, Zərnigar Ağakişiyeva, Milli Dram Teatrının direktoru İsrafil İsrafilov M.Dadaşovun milli teatr və kino sənətindəki rollarından, onun xarakterindən, obrazlara yanaşma tərzindən danışıblar.

Xalq artisti Məlik Dadaşovun ailə üzvlərinin də iştirak etdiyi tədbirdə sənətkarın oğlu, xalq artisti Rəfael Dadaşov ailə üzvləri adından çıxış edib, atası haqqında olan xatirələrindən danışıb. M.Dadaşovun sənət yolunu şərəflə davam etdirdiyini deyən Rəfael Dadaşov "Bu yaşımda olmağıma baxmayaraq, mən indi də M.Ddaşov sənətinin yanında uşağam və hələ də ondan sənətin sirlərini öyrənirəm" deyə bildirib.

Yubiley tədbirində M.Dadaşovun qızları Cəmilə və Gülnarə Dadaşovalar da iştirak edib.

Qeyd edək ki, M.Dadaşovun 90 illik yubileyi dekabr ayında daha geniş tədbirlə qeyd ediləcək.

Yubiley tədbirində M.Dadaşovun şəxsi arxivindən olan fotosərgi və videoçarx nümayiş olunacaq. 

Son xəbərlər

Orphus sistemi