Məktəblilər tətil vaxtı Gənc Tamaşaçılar Teatrında bu tamaşalara baxa bilərlər - SİYAHI

Məktəblilər tətil vaxtı Gənc Tamaşaçılar Teatrında bu tamaşalara baxa bilərlər - SİYAHI Beşgünlük aksiya Dilsuzun “Əlincə qalası”nın nümayişi ilə başlayacaq
İncəsənət
15 Noyabr , 2016 17:08
Məktəblilər tətil vaxtı Gənc Tamaşaçılar Teatrında bu tamaşalara baxa bilərlər - SİYAHI

Bakı.15 noyabr.REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı məktəblilərin növbəti payız tətili günlərinin maraqlı keçməsi üçün yeni repertuar planını müəyyənləşdirib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, məktəblilər noyabrın 15-21-də beş gün ərzində 20-dən çox müxtəlif janrlı tamaşa izləmək imkanı əldə edəcəklər. 

Noyabrın 15-də Dilsuzun “Əlincə qalası” (saat 12.00, 14.00, 16.00), noyabrın 16-da S.S.Axundov və A.Şaiqin “Qaraca qız” (saat 10.00, 12.00, 14.00, 16.00), noyabrın 17-də P.Nurəliyevanın “Dəcəl keçi” (saat 10.00, 12.00, 14.00, 16.00), noyabrın 18-də A.Tolstoyun “Buratinonun macəraları” (saat 10.00, 12.00, 14.00, 16.00), noyabrın 19-da A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşaları nümayiş olunacaq. Noyabrın 20-də isə teatrın repertuarına yeni daxil olan A.Lindqrenin “Uzuncorab Peppi” (saat 10.00, 12.00, 14.00, 16.00) tamaşasının növbəti premyerası baş tutacaq.

Son xəbərlər

Orphus sistemi