"Məhəbbət üçbucağı" komediyası nümayiş ediləcək

"Məhəbbət üçbucağı" komediyası nümayiş ediləcək Rus Dram Teatrı tamaşaya 18 yaşdan kiçik olan tamaşaçıları buraxmayacaq
İncəsənət
118
17 Aprel , 2015 11:56
Məhəbbət üçbucağı komediyası nümayiş ediləcək

Bakı. 17 aprel. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Məhəbbət üçbucağı" adlı fransız komediyası nümayiş etdiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrı yayıb.

Mayın 6-da teatrın səhnəsində nümayiş etdiriləcək tamaşaya 18 yaşından aşağı olan tamaşaçılar buraxılmayacaq. 

Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı, əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya Raul Turkkana məxsusdur.

Komediyada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edir.

Son xəbərlər

Orphus sistemi