Mədəniyyət və Turizm Nazirliyinin strukturunda yeni təyinatlar olub

Mədəniyyət və Turizm Nazirliyinin strukturunda yeni təyinatlar olub Oqtay Muxtarov yeni vəzifəsinə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb
İncəsənət
7 Yanvar , 2016 15:26
Mədəniyyət və Turizm Nazirliyinin strukturunda yeni təyinatlar olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktor təyin edib. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.

Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb.

Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. 

O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.

Son xəbərlər

Orphus sistemi