Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində araşdırmalara başlayıb

Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində araşdırmalara başlayıb Əbülfəs Qarayev: "Guya orada hansısa cinayət əməlinin olması və ya nəsə başqa məsələlər haqqında danışmaq düzgün deyil"
İncəsənət
28 Sentyabr , 2015 15:04
Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində araşdırmalara başlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində monitorinqlərə başlayıb. 

"Report"un məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib ki, sentyabrın 20-də başlayan monitorinq oktyabrın 20-dək davam edəcək. 

Nazirin sözlərinə görə, monitorinqin məqsədi muzeyə nə qədər adamın gəldiyini, ekskursiya aparanların necə işlədiklərini, biletlərin hansı formada satıldığını, əhaliyə necə xidmət göstərildiyini öyrənməkdir: "Bunların hamısı aydınlaşandan sonra yekun bir qərara gəlinəcək. Bunlar araşdırılmadan sensasiya xətrinə məlumat yaymaq olmaz. Guya orada hansısa cinayət əməlinin olması və ya nəsə başqa məsələlər haqqında danışmaq düzgün deyil. Xalça Muzeyi Azərbaycanın aparıcı və ən yaxşı muzeylərindən biridir. Azərbaycanın fərəhidir. Eyni zamanda, dünyanın ən yaxşı muzeylərindən biridir"

Son xəbərlər

Orphus sistemi