Mədəniyyət və Turizm İdarəsinin nəzdində Bakı Estrada Teatrı yaradılıb

Mədəniyyət və Turizm İdarəsinin nəzdində Bakı Estrada Teatrı yaradılıb Fariz Əliyev teatrın direktoru təyin edilib
İncəsənət
17 Mart , 2016 20:51
Mədəniyyət və Turizm İdarəsinin nəzdində Bakı Estrada Teatrı yaradılıb

Bakı. 17 mart. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin nəzdində Bakı Estrada Teatrı yaradılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

İdarənin müvafiq əmrinə əsasən, Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fariz Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, “SOY” prodakşnın hazırladığı “Səs verməyin” şousunun, ATV kanalında yayımlanan “Belə yaxşıdır” və “Tamamla” verilişlərinin ssenari müəllifi, “Yeni bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən Şən və Hazırcavablar Klubunun (ŞHK) yarışmalarının təşkilatçısı və baş redaktoru olub. “My name is Intiqam-1”, “My name is Intiqam-2”, “Şər qarışanda” filmlərinin ideya və ssenari müəllifidir.

Son xəbərlər

Orphus sistemi