18 May Beynəlxalq Muzeylər Günüdür

18 May Beynəlxalq Muzeylər Günüdür Bu gün muzeylərdə “Açıq Qapı” günü olacaq
İncəsənət
18 May , 2015 11:19
18 May Beynəlxalq Muzeylər Günüdür

Bakı. 18 may. REPORT.AZ/ Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq mayın 18-i bütün dünyada beynəlxalq muzeylər günü kimi qeyd olunur.

"Report" xəbər verir ki, bu münasibətlə Azərbaycanda mayın 16-dan 18-dək muzeylərdə və qoruqlarda "Açıq Qapı" günü elan edilib.

3 gün ərzində məktəblilər üçün Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İnəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun Ev-Muzeyi, Miniatür kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə xüsusi maarifləndirici marşrut və turlar təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi