Mahnı Teatrının keçmiş solisti dünyasını dəyişib

Mahnı Teatrının keçmiş solisti dünyasını dəyişib Tarzən Əbülfət Şəkili bu gün səhər vəfat edib
İncəsənət
137
27 Yanvar , 2016 12:15
Mahnı Teatrının keçmiş solisti dünyasını dəyişib

Bakı. 27 yanvar. REPORT.AZ/ Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının keçmiş solisti, tarzən Əbülfət Şəkili (Məmmədrəhimov) dünyasını dəyişib.

Bu barədə "Report"a Mahnı Teatrının mətbuat xidmətindən məlumat verilib.

Uzun müddət xəstəlikdən əziyyət çəkən tarzən yanvarın 27-də vəfat edib. Mərhum doğulub, boya-başa çatdığı Şəkidə dəfn olunacaq. 

Xatırladaq ki, Əbülfət Şəkili R.Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının solisti olub. Tarda və sazda gözəl ifaları ilə musiqisevərlərin yaddaşlarında qalıb.

Son xəbərlər

Orphus sistemi