Mahnı Teatrında uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Mahnı Teatrında uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası tərəfindən hazırlanıb
İncəsənət
23 Fevral , 2018 12:19
Mahnı Teatrında uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Bakı. 23 fevral. REPORT.AZ/Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında fevralın 26-da “Xocalı” adlı tamaşa təqdim olunacaq.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən bildirilib. 

Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası tərəfindən hazırlanıb. 

Səhnə əsərinin quruluşçu rejissoru və ssenari müəllifi studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

Tamaşa saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi