Lion şəhərində Azərbaycan muğam-caz konserti keçirilib

Lion şəhərində Azərbaycan muğam-caz konserti keçirilib Paris. 12 noyabr. REPORT.AZ/ Fransanın Lion şəhərində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi muğam-caz konserti keçirilib.
İncəsənət
728
12 Noyabr , 2018 09:08
Lion şəhərində Azərbaycan muğam-caz konserti keçirilib

Paris. 12 noyabr. REPORT.AZ/ Fransanın Lion şəhərində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi muğam-caz konserti keçirilib.

“Report“un Qərbi Avropa bürosunun xəbərinə görə, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyası (ADFA) tərəfindən təşkil edilən konsertdə müxtəlif ölkələrin Liondakı konsulluqları, 6-cı rayon meriyasının əməkdaşları və Lion sakinləri iştirak ediblər.

Konsertdə Etibar Əsədlinin bəstələdiyi İthaf, Buta, İslimi əsərləri, Arşın mal alan filmindən musiqilər səsləndirilib. Azərbaycan muğam-cazı lionlular tərəfindən böyük alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi