Kukla Teatrının direktoru Fuceyra festivalında iştirak edəcək

Kukla Teatrının direktoru Fuceyra festivalında iştirak edəcək Festivalın daha bir özəlliyi onun I Fuceyra İncəsənət Festivalı çərçivəsində keçirilməsidir
İncəsənət
22 Yanvar , 2016 18:07
Kukla Teatrının direktoru Fuceyra festivalında iştirak edəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə beynəlxalq teatr festivalına dəvət alıb.

Bu barədə "Report"a A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 19-dan 29-dək Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində VII Monodram Tamaşalar Festivalı keçiriləcək. R.Əhmədzadə festivalda iştirak edəcək. Festival əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkilatçılığı ilə baş tutacaq. R.Əhmədzadə tədbirdə festivalın direktoru Məhəmməd Saif əl-Alkhamın dəvəti ilə iştirak edəcək.

Qeyd edək ki, festival 2003-cü ildən keçirilir. İki ildən bir baş tutan sənət bayramında dünyanın müxtəlif ölkələrindən teatrlar və teatr mütəxəssisləri, teatrşünas və sənətkarlar iştirak edirlər. Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunur.

90-cı illərin sonlarından yaranan festival ideyasında əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Budəfəki festivalın daha bir özəlliyi onun I Fuceyra İncəsənət Festivalı çərçivəsində keçirilməsidir. 

Son xəbərlər

Orphus sistemi