Kukla Teatrında uşaqlar üçün 3 seans tamaşa nümayiş olunacaq

Kukla Teatrında uşaqlar üçün 3 seans tamaşa nümayiş olunacaq Bakı 30 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə üç seans tamaşa nümayiş olunacaq.
İncəsənət
30 May , 2018 19:56
Kukla Teatrında uşaqlar üçün 3 seans tamaşa nümayiş olunacaq

Bakı 30 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə üç seans tamaşa nümayiş olunacaq.

Teatrdan "Report"a verilən məlumata görə, teatrın heyəti eyni zamanda müxtəlif məkanlarda keçiriləcək tədbirlərdə iştirak edəcək.

Teatrda iyunun 1-də Ə.Orucun “Zınqırovlu pişik” (saat 12:00) və T.Ağayevin “Qoçaq Əhməd” (saat 16:00, rus bölməsi) tamaşaları nümayiş olunacaq. Bundan başqa, teatrın təşkilatçılığı ilə "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində şəhid, Qarabağ müharibəsi veteranları və əlillərinin övladları üçün ayrıca tədbir-tamaşa (saat 14:00) oynanılacaq.

İyunun 1-də kuklaçılarla yanaşı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktyor-ifaçıları Park Bulvar AVM-də saat 18:00-da həmyaşıdları qarşısında çıxışlar edəcəklər. “Oyuq”çular iyunun 3-də isə Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Vətən bizə əmanət” adlı tədbirdə zəngin proqramla çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi