Bakı. 18 mart. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı apreldə festivala gedəcək.
Bu barədə "Report"a Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə açıqlama verib.
Onun sözlərinə görə, teatr aprelin 14-dən 20-dək İvanova şəhərində keçiriləcək "Muraveynik" festivalında iştirak edəcək: "Festivala Kamran Şahmərdanın "Ağ-qara" tamaşasını aparacağıq. Tamaşa böyüklər üçün hazırlanıb".
R.Əhmədzadə qeyd edib ki, teatrda böyüklər üçün yeni tamaşa hazırlanır: "Zəng" adlanan tamaşanın müəllifi və quruluşçu rejissoru Qurban Məsimovdur. Yaxın günlərdə tamaşanın premyerası gözlənilir".