Kiyevdə Azərbaycan filminin tanınmış siması mükafatlandırılıb

Kiyevdə Azərbaycan filminin tanınmış siması mükafatlandırılıb Kiyevdə Azərbaycanın sevilən “Telefonçu qız” filminin Mehriban obrazını canlandıran Ukraynanın xalq artisti Raisa Nedaşkovskayaya daha bir mükafatın təqdim etmə mərasimi baş tutub.
İncəsənət
10 Sentyabr , 2021 09:29
Kiyevdə Azərbaycan filminin tanınmış siması mükafatlandırılıb

Kiyevdə Azərbaycanın sevilən “Telefonçu qız” filminin Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskayaya daha bir mükafatın təqdim etmə mərasimi baş tutub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Raisa Nedaşkovskaya teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatına layiq görülüb.

Mükafat mərasimindən öncə Kiyevin bir neçə teatrlarının aktyorları tərəfindən səhnəciklər göstərilib.

Mükafat təqdim edildikdən sonra çıxış edən R.Nedaşkovskaya göstərdikləri etimada görə təşəkkürünü bildirib. Karyerası haqqında danışan aktrisa kino və teatr sənətini seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. O çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb. Bildirib ki, mükafatlandırma mərasimində ukraynalılarla bərabər, azərbaycanlılar da iştirak edir.

Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova Azərbaycan və Ukrayna musiqilərindən ibarət kompozisiya ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi