Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Dövlət Rəssamlıq Akademiyasında rəsm sərgisinin açılış mərasimi olacaq. Bilik Fondundan "Report"a verilən məlumata görə, sərgi “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyi münasibəti ilə keçiriləcək.
Tədbirdə müxtəlif bölgələrdən olan 120-dək məktəblinin “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkdikləri rəsmlər nümayiş olunacaq.