"Kəlağayı" kitabının təqdimatı keçirilib

"Kəlağayı" kitabının təqdimatı keçirilib Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və müavini Sevda Məmmədilyeva da iştirak ediblər
İncəsənət
1113
21 Fevral , 2017 17:50
Kəlağayı kitabının təqdimatı keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı baş tutub.

"Report" xəbər verir ki, kitab UNESCO-nun Maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitəsinin 9-cu sessiyasında Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın ənənəvi ipək qadın baş örtüyünə həsr olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və müavini Sevda Məmmədilyeva da iştirak ediblər.

S.Məmmədəliyeva bildirib ki, kəlağayı sənəti Azərbaycan xalqı üçün dəyərli sənətdir: "Kitabın hazırlanması üçün uzun müddət araşdırmalar aparılıb. Kəlağayının hər işarəsinin bir mənası var. Bu kitab vasitəsilə həmin işarələrin fəlsəfi mənası aydın şəkildə izah edilib" .

Kitabın müəllifləri professor R.İbrahimbəyova, Rəssamlar İttifaqının üzvü C.Tarıverdiyev və Parsonun Dizayn Məktəbinin məzunu Z.Müller-Tarıverdi Azərbaycan tətbiqi sənət tarixində ilk dəfə olaraq oxuculara kəlağayını müəyyən edən konsepsiyanı, eyni zamanda qəliblərin forma və ştampların sistemləşdirilmiş kataloqunu təqdim ediblər.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi