Kamal Abdullanın əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq

Kamal Abdullanın əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq Rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmməd Səfa, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edirlər
İncəsənət
22 Noyabr , 2014 10:58
Kamal Abdullanın əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq

Bakı.22 noyabr. REPORT.AZ/ Bu gün YUĞ Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının "Səsimdən yapış" adlı tamaşasının premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşa yazıçı Kamal Abdullanın "Bir..iki...bizimki..." pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatı Ramiq Mehdiyə məxsusdur.

Rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmməd Səfa, Ceyhun Əliyev, Solmaz Məmmədova, Şəbnəm Cəbrayılova ifa edirlər.

Son xəbərlər

Orphus sistemi