“Jizel” baleti Vladivostokda azərbaycanlı baletmeysterin quruluşunda təqdim ediləcək

“Jizel” baleti Vladivostokda azərbaycanlı baletmeysterin quruluşunda təqdim ediləcək Səhnə əsəri Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində nümayiş olunacaq
İncəsənət
726
23 Yanvar , 2018 14:40
“Jizel” baleti Vladivostokda azərbaycanlı baletmeysterin quruluşunda təqdim ediləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Rusiyanın Vladivostok şəhərində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

Səhnə əsəri Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində azərbaycanlı baletmeyster Eldar Əliyevin quruluşunda təqdim ediləcək.

Qeyd edək ki, “Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.

Xatırladaq ki E.Əliyev Azərbaycan paytaxtında anadan olub və Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur. 

Son xəbərlər

Orphus sistemi