IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri məlum olub

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri məlum olub Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 14-17-də Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.
İncəsənət
6 Noyabr , 2018 13:42
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri məlum olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 14-17-də Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Festivalın Təşkilat Komitəsindən "Report"a verilən xəbərə görə, bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilatı dəstək qismində iştirak edir.

Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən 490 film göndərilib.

Festivalın Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film Beynəlxalq, 28 film isə Yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat Komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb.

Beləki, qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Festivalda ilk dəfə reallaşan “Cinemobil” - telefonla çəkilmiş film müsabiqəsinə təqdim olunan 15 filmdən yalnız 3-ü onlayn səsverməyə çıxarılacaq. Təqdim olunan 10 kino layihədən də 3-ü “Pitçinq”də müzakirə olunacaq.

Festival filmləri 14-17 noyabrda “Cinema Plus- 28 Mall” kinoteatrı və Nizami Kino Mərkəzində saat 12:00- dan 16:00-dək nümayiş olunacaq. 

Son xəbərlər

Orphus sistemi