Tanınmış italiyalı aktyor vəfat edib

Tanınmış italiyalı aktyor vəfat edib Məşhur italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.
İncəsənət
7 Sentyabr , 2021 20:43
Tanınmış italiyalı aktyor vəfat edib
Nino Kastelnuovo

Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

"Report" TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.

Son xəbərlər

Orphus sistemi