III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək Bakı. 27 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə mayın 12-dən 19-dək “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
İncəsənət
27 Mart , 2018 17:24
III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bakı. 27 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə mayın 12-dən 19-dək “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.

Artıq üçüncü dəfə keçiriləcək və teatr ənənələrindən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan yuxarı təklif daxil olub.

Bildirilib ki, “Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq, festivalın milli və beynəlxalq olmaqla iki mərhələdə keçirilməsinə qərar verilib. Milli Teatr mərhələsinə ölkə teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilib.

Festivalın Beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi