​İtaliyanın tanınmış rejissoru vəfat edib

​İtaliyanın tanınmış rejissoru vəfat edib O, iki dəfə "Oskar"a namizəd göstərilib, çoxlu kino mükfatalarına layiq görülüb
İncəsənət
20 Yanvar , 2016 11:06
​İtaliyanın tanınmış rejissoru vəfat edib

Bakı. 20 yanvar. REPORT.AZ/ İtaliyanın tanınmış rejissoru və ssenaristi Ettore Skola Romada 84 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

O, iki dəfə "Oskar" mükafatına namizəd göstərilib, Kann və Berlin kinofestivalları da daxil olmaqla çoxlu sayda mükafatlara layiq görülüb.

Onun filmlərində Sofi Loren, Marçello Mastroyann kimi məşhur artist və aktrisalar çəkiliblər. Ettore Skola "Qeyri-adi gün", "Biz bir-birimiz belə sevirdik", "İyrənc, çirkli və kinli", "Bal" və "Qısqanclığın dramı" kimi dünya şöhrətli filmləri çəkib.

Son xəbərlər

Orphus sistemi