İstiqlal Muzeyində "Həyatın və ölümün dərsləri" adlı tədbir keçirilib

İstiqlal Muzeyində "Həyatın və ölümün dərsləri" adlı tədbir keçirilib "Bakı-90" filminin nümayişi olub
İncəsənət
16 Yanvar , 2015 19:02
İstiqlal Muzeyində Həyatın və ölümün dərsləri adlı tədbir keçirilib

Bakı.16 yanvar. REPORT.AZ Yanvarın 16-da Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən "Həyatın və ölümün dərsləri" adlı tədbir-sərgi təşkil olunub.

"Report" xəbər verir ki, sərgidə muzeyin fonduna daxil olmuş yeni eksponatlar - 20 Yanvar faciəsi şəhidlərinin şəxsi əşyaları nümayiş edilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar faciəsinin şəhidləri Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova, Ələsgər Qaibovun qohumu Salman Murğuzlu çıxış edib.

ADMİU-nin dosenti, əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan kompoziya tələbələrin ifasında təqdim edildi. Əməkdar artist Ağalar Bayramov 20 Yanvara həsr edilən şeirlər səsləndirib, xanəndə Teyyub Aslanov muğam parçaları ifa edib.

Tədbirin sonunda rejissor Ziya Şıxlinskinin "Bakı-90" adlı sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də Milli Qvardiyanın əsgərləri və Sərhəd Qoşunlarının şəxsi heyəti tədbirə qatılıblar.

Son xəbərlər

Orphus sistemi