İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq

İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq İstanbul. 11 dekabr. REPORT.AZ/ Hüseyn Cavidin İblis əsəri Türkiyədə - İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək.
İncəsənət
1163
11 Dekabr , 2018 17:01
İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq

İstanbul. 11 dekabr. REPORT.AZ/ Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə - İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək.

“Report”un Türkiyə bürosunun xəbərinə görə teatr kollektivi artıq tamaşanın məşqlərinə başlayıb və “İblis” tamaşası 2019-cu ilin fevral ayında teatrsevərlərə təqdim olunacaq. Şəhər Teatrının direktor müavini, aktrisa Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşada texnologiyanın yeniliklərindən istifadə olunub. Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə tamaşanın bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova tamaşanın baş məsləhətçisi, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın əsərin səhnələşdirilməsinə böyük dəstək verdiyini deyiblər.

M.Abbasova “Report”a müsahibəsində bildirib ki, tamaşada Türkiyənin tanınmış aktyorları - Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi tərtibatçısı isə xalq artisti Aygün Səmədzadədir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi