İspaniyada son onilliyin ən böyük rəsm oğurluqlarından biri törədilib

İspaniyada son onilliyin ən böyük rəsm oğurluqlarından biri törədilib Frensis Bekonun ümumi dəyəri 30 milyon avro olan rəsm əsərləri oğurlanıb
İncəsənət
14 Mart , 2016 11:38
İspaniyada son onilliyin ən böyük rəsm oğurluqlarından biri törədilib

Bakı. 14 Mart. REPORT.AZ/ Madridin mərkəzində fərdi yaşayış evindən məşhur irlandiyalı ekspressionist rəssam Frensis Bekona (1909-1992) məxsus 5 rəsm əsəri oğurlanıb. "Report" xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə ötən ilin iyun ayında reallaşıb. Oğurluq olayının üstündən 9 ay keçəndən sonra onun haqda məlumat əldə edilib. Bu oğurluq son onilliyin ən böyük rəsm oğurluqlarından biri kimi qiymətləndirilir. Belə ki, F.Bekonun ümumi dəyəri 30 milyon avro olan rəsm əsərləri oğurlanıb. Qeyd olunur ki, rəssamın dostuna məxsus sənət əsərləri İspaniya senatının yaxınlığında yerləşən fərdi yaşayış evində olub.

İspaniya hüquq-mühafizə orqanları rəsm əsərlərinin axtarışını həm ölkə daxilində, həm də ölkə xaricində davam etdirir. İlkin məlumata görə, Bekonun əl işləri hələ də ölkədədir.

Son xəbərlər

Orphus sistemi