İşdən çıxarılan əməkdar artist: "Ürək ağrısından əziyyət çəkirəm"

İşdən çıxarılan əməkdar artist: "Ürək ağrısından əziyyət çəkirəm" "Haqsızlıqdan sonra elə əsəbiləşdim ki, bunun əziyyətini indi ürəyim çəkir"
İncəsənət
9 Fevral , 2015 11:17
İşdən çıxarılan əməkdar artist: Ürək ağrısından əziyyət çəkirəm

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Telman Əliyev ürək ağrısından əziyyət çəkir. Bu barədə "Report"a açıqlamasında aktyor özü bildirib.

T.Əliyev bunun səbəbini son aylarda yaşadığı əsəb sarsıntılarına bağlayır: "Mənə qarşı edilən haqsızlıqdan sonra elə əsəbiləşdim ki, bunun əziyyətini indi ürəyim çəkir. Bir neçə gündür özümü pis  hiss edirəm. Mədəniyyət və İncəsənət Universitetində olan dərslərimə çətinliklə gedib-gəlirəm. Tələbələrimin xətrinə dərslərdən qala bilmərəm. Qalan vaxtı evdə oluram. Hələlik ev şəraitində müalicə olunuram, amma özümü daha da pis hiss etsəm xəstəxanaya gedəcəm. Bu günədək 200-dən artıq rol oynamışam. 30-dan artıq filmə çəkilmişəm. Musiqili Komediya Teatrında, Gəncə Teatrında maraqlı rollar ifa etmişəm. Opera və Balet Teatrında rol oynayıram. Yəni, işsiz qalmayacam. Amma haqsızlıq insanı həmişə yandırır".

Qeyd edək ki, əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrından müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq işdən azad edilib.

Son xəbərlər

Orphus sistemi