İrəvan Teatrı mövsümə "Cümhuriyyətin ilk sədası" tamaşası ilə yekun vuracaq

İrəvan Teatrı mövsümə "Cümhuriyyətin ilk sədası" tamaşası ilə yekun vuracaq İyunun 30-da nümayiş olunacaq tamaşa Türkiyədə 1919-1923-cü illərdə baş verən hadisələrdən bəhs edir
İncəsənət
17 İyun , 2015 13:20
İrəvan Teatrı mövsümə Cümhuriyyətin ilk sədası tamaşası ilə yekun vuracaq

Bakı. 17 iyun. REPORT.AZ/ C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 133-cü teatr mövsümünə türkiyəli yazıçı Dəmət Çizməlinin əsəri əsasında hazırlanmış "Cümhuriyyətin ilk sədası" adlı tamaşa ilə yekun vurulacaq. 

"Report" xəbər verir ki, iyunun 30-da nümayiş olunacaq tamaşa Türkiyədə 1919-1923-cü illərdə baş verən hadisələrdən bəhs edir.

Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Əsas rolları - Atatürk obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi