İranlı rejissor Rusiyada "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub

İranlı rejissor Rusiyada "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub Kinofestivalın Qran-Pri mükafatını Kolumbiyalı rejissor Felipe Gerreronun çəkdiyi "Qaranlıq heyvan" bədii filmi qazanıb
İncəsənət
20 İyun , 2016 13:00
İranlı rejissor Rusiyada Ən yaxşı rejissor nominasiyasının qalibi olub

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada A.Tarkovski adına X Beynəlxalq Kinofestival keçirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, İvanov vilayətində təşkil olunan kinofestival iyunun 14-dən 19-dək davam edib. 

Kinofestivalın Qran-Pri mükafatını kolumbiyalı rejissor Felipe Gerreronun çəkdiyi "Qaranlıq heyvan" bədii filmi qazanıb.

Festivalın "Ən yaxşı rejissor" nominasiyası İran rejissoru Babək Cəlaliyə verilib. Onun çəkdiyi "Radioxəyal" filmini münsiflər heyəti yüksək qiymətləndirib. 

Ümumilikdə 6 gün ərzində tədbirdə 150 film nümayiş etdirilib.

Kinofestivalda tamaşaçı simpatiyası mükafatını Əfqanıstandan olan film qazanıb.

Son xəbərlər

Orphus sistemi