İndoneziyalı sənətkarlar “YARAT”da çıxış edəcəklər

İndoneziyalı sənətkarlar “YARAT”da çıxış edəcəklər Sənətkarlar öz istedadlarını göstərməklə yanaşı, İndoneziyanın zəngin mədəniyyətini də Azərbaycan ictimaiyyətinə təqdim edəcəklər
İncəsənət
9 Sentyabr , 2017 17:41
İndoneziyalı sənətkarlar “YARAT”da çıxış edəcəklər

Bakı. 9 sentyabr. REPORT.AZ/ “YARAT” Müasir İncəsənət Mərkəzində sentyabrın 12-də İndoneziyanın məşhur musiqiçi və rəssamları ilə görüş keçiriləcək.

"Report" xəbər verir ki, sənətkarlar öz istedadlarını göstərməklə yanaşı, İndoneziyanın zəngin mədəniyyətini də Azərbaycan ictimaiyyətinə təqdim edəcəklər.

Tədbirdə “KunoKini” qrupu tərəfindən hazırlanmış musiqi performansı və “G4 studio"nun yaratdıqları mural art (divar, tavan və digər irihəcmli sahələrdə müasir naxış və rəngkarlıq sənəti) nümunələri təqdim olunacaq, həmçinin qonaqlar tamaşaçılarla dialoq qurmağa çalışacaqlar.

Tədbir İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Bakıda keçirilən 2-ci İndoneziya Mədəniyyəti Festivalı çərçivəsində gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi