İlhamə Quliyeva: "Həyatım təhlükədədir"

İlhamə Quliyeva: "Həyatım təhlükədədir" Xalq artisti baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edəcək
İncəsənət
749
17 Oktyabr , 2015 13:43
İlhamə Quliyeva: Həyatım təhlükədədir

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Evimdə ilyarımdır həm xadimə, həm də köməkçim kimi çalışmış Mehriban Bəylər qızı Hüseynova məni öldürmək istədiyini etiraf edib, əlimdə də səs yazısı var". "Report" xəbər verir ki, bunu Azərbaycanın xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib.

İ.Quliyeva M.Hüseynovanı "Lider TV"də işləyən Lamiyə Ələkbərova vasitəsilə tanıyıb: "İlyarım ərzində evimdə cinayət əməllərilə məşğul olub. Oğlumun dostunun etibarını qazanaraq, ondan huşsuzluğa səbəb olan dərmanlar, zəhər tapmasını xahiş edib. Oğlumun dostu da bundan "Niyə belə etmək istəyirsən?" deyə soruşub. Mehriban Hüseynova da "Niyə o, yaxşı yaşasın, mən yox?" cavabını verib".

Xalq artisti M.Hüseynovanın hələ də azadlıqda gəzməsindən narazıdır: "Polis evimdən aparsa da, ancaq qeydiyyata salmayıb. Hələlik rəsmi qurumlara müraciət etməmişəm. Ancaq mətbuat konfransından sonra Prezident İlham Əliyev, baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edəcəm. Çünki mənim həyatım təhlükədədir və təhlükəsizliyimin təmin olunmasını xahiş edəcəm". 

Son xəbərlər

Orphus sistemi