İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalı başlayır

İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalı başlayır Festivalın ilk günündə Vaqif Mustafazadənin məzarı ziyarət ediləcək
İncəsənət
14 Mart , 2015 15:54
İçərişəhərdə Vaqifsayağı Caz Festivalı başlayır

Bakı. 13 mart. REPORT.AZ/ Martın 16-sı görkəmli musiqiçi, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi, cazmen Vaqif Mustafazadənin doğum günüdür.

"Report" xəbər verir ki, bu münasibətlə martın 16-da İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalı keçiriləcək.

Festival Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

“İçərişəhər”də keçiriləcək festivalda ölkənin tanınmış caz ustalarının iştirakı gözlənilir. “Vaqifsayağı” Caz Festivalı martın 16-da Vaqif Mustafazadənin məzarını ziyarət etməklə başlanacaq. Bu barədə "Report"a Rahib Azəri məlumat verib.

"Səhər saatlarında Vaqif Mustafazadənin məzarını ziyatət edib, 75 yaşlı yubilyarı yad edəcəyik. Daha sonra qonaqlar və media nümayəndələri “İçərişəhər”də V.Mustafazadənin ev muzeyində xatirə günü keçirəcəklər. Festival "İçərişəhər" də keçiriləcək tədbirlərlə davam edəcək". 

Qeyd edək ki, "Vaqifsayağı" Caz Festivalı Rahib Azəri tərəfindən idarə olunacaq.

Festivala giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi