“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ekskursiya bələdçilərinin akkreditasiyasına başlayıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ekskursiya bələdçilərinin akkreditasiyasına başlayıb Bakı. 12 iyun. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” və “Qala” qoruqları ərazisində ekskursiya bələdçilərinin (gidlərin) akkreditasiyasının keçirilməsi prosesinə başlayıb.
İncəsənət
12 İyun , 2018 15:31
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ekskursiya bələdçilərinin akkreditasiyasına başlayıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” və “Qala” qoruqları ərazisində ekskursiya bələdçilərinin (gidlərin) akkreditasiyasının keçirilməsi prosesinə başlayıb.

Qoruqdan "Report"a verilən xəbərə görə, akkreditasiyadan keçmək istəyən bələdçilər iyunun 20-dən etibarən ərizə, namizədin diplomu və ya hazırda təhsil aldığı müəssisədən verilmiş arayış, akkreditasiya vərəqəsi, 3x4 ölçüdə 3 ədəd rəngli fotoşəkil, ekskursiya mətnləri və onların marşrutlarının siyahısını “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim etməlidirlər.

Sənəd qəbulunun bitməsindən sonra müraciət etmiş şəxslər İdarənin və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət Akkreditasiya Komissiyası tərəfindən keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibədən müvəffəqiyyətlə keçmiş şəxslər müvafiq qoruqlar ərazisində bələdçi xidmətlərini təqdim etmələri üçün rəsmi akkreditasiya əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi