Bakı. 4 may. REPORT.AZ/ Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan səyyar foto-sərgi keçiriləcək.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir mayın 7-si saat 14:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və İncəsənət Gimnazisiyasında baş tutacaq.
İncəsənət Gimnaziyasının şagirdləri ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə böyük konsert proqramı hazırlayıb, Teatr Muzeyi isə bu proqrama “Mədəniyyətimizin keşiyində” adlı səyyar foto-sərgi ilə qatılacaq.
Sərgidə Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını əks etdirən kadrlar sərgilənəcək.