Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək Bakı. 22 may. REPORT.AZ/ İyunun 12-də Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan bayram konserti keçiriləcək.
İncəsənət
2857
22 May , 2018 20:47
Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Report

Bakı. 22 may. REPORT.AZ/ İyunun 12-də Heydər Əliyev Sarayında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan bayram konserti keçiriləcək.

Saraydan "Report"a verilən məlumata görə, “Şərəf tariximiz” adlı konsert proqramında respublikanın sevilən və tanınmış sənətkarları - xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər - Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, tanınmış müğənnilər - Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə, Roza Zərgərli, Elxan Qaraxanoğlu, Lətifə Soyuöz, Nisbət Sədrayeva, Orxan Babazadə, Əhməd Mustafayev, Ramazan Mustafayev, Ramazan Şərifzadə və Dana Durdana iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi