Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün rəsm dərsi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün rəsm dərsi təşkil olunub Rəsm dərsini "Tonus Klubu"nun müəllimi Röya Həsənova keçib
İncəsənət
17 İyun , 2017 20:01
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün rəsm dərsi təşkil olunub
Heydər Əliyev Mərkəzi

Bakı. 17 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, hər bir kəsin iştirak edə biləcəyi bu dərsdə uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimlərin tövsiyyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər.

Rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, "Tonus Klubu"nun müəllimi Röya Həsənova keçib.

Açıq havada keçirilən dərs həm də uşaqların həftəsonu əyləncəsinin maraqlı təşkilinə imkan yaradıb.

Son xəbərlər

Orphus sistemi