"Hər şey indi başlayır" filminin "CinemaPlus Ganjlik Mall"da premyera öncəsi nümayişi keçirilib - FOTO

"Hər şey indi başlayır" filminin "CinemaPlus Ganjlik Mall"da premyera öncəsi nümayişi keçirilib - FOTO Ekran əsərində baş rolları məşhur ulduzlar - Morgan Freeman, Tommy Lee Jones, Rene Russo ifa edirlər
İncəsənət
1870
8 Yanvar , 2018 20:17
Hər şey indi başlayır filminin CinemaPlus Ganjlik Mallda premyera öncəsi nümayişi keçirilib - FOTO

Bakı. 8 yanvar. REPORT.AZ/ "CinemaPlus Ganjlik Mall"da savaş, komediya janrında olan "Hər şey indi başlayır" filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, ekran əsərində baş rolları məşhur ulduzlar - Morgan Freeman, Tommy Lee Jones, Rene Russo ifa edirlər.

Xronometrajı 100 dəqiqə olan filmin rejissoru Ron Şeltondur.

Filmin süjet xəttinə görə, bir vaxtlar iri cinayətkar qruplaşmaların parlaq vəkili olan Dyük şahidlərin müdafiəsi proqramı altında olarkən Kapridə möhtəşəm villada qonaqları üçün dəlisov bayramlar keçirərək və adi günləri parlaq Jazza çevirərək əylənir. Bir gün Milad bayramı ərəfəsində sabiq FTB agenti Leo villaya gəlir və hər şeyi alt-üst edir. Lakin, sən demə, hər şey hələ indi başlayır: Leonun ardınca villaya mafiya nümayəndələri də gəlir. Hadisələr bu məqamda daha da qızışır.

Son xəbərlər

Orphus sistemi